AZ

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi

BAKI, 16 may. TELEQRAF

SUMQAYIT, 16 may TELEQRAF

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, üəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “BYD”, “KIA” və “Toyota” markalı minik avtomobilləri toqquşub. Güclü zərbə nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və yol polisi əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Sirac Soltanov

Seçilən
42
teleqraf.com

1Mənbələr