ain.az, sport24.az portalına istinadən məlumat verir.
"Jirona"nın çalışdırcısı Miçel növbəti mövsümdə "Ayaks"ın "sükanı arxasında" olacaq. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, Niderland təmsilçisi ispan mütəxəssislə şifahi razılığa gəlib. Gələn ay isə rəsmi müqavilə imzalanacaq.
"Ayaks" mövsümə Con Heytinqa ilə başlasa da, noyabrda onunla vidalaşıb. Qısa müddət komandaya akademiyanın məşqçisi Fred Qrim rəhbərlik edib. Martdan isə "sükan arxasına" Oskar Qarsiya keçib. Ancaq klub rəhbərliyi onun da işindən narazıdır və bu səbəbdən müqaviləsinə xitam veriləcək.
Qeyd edək ki, "Ayaks" hazırda turnir cədvəlində 55 xalla beşinci yerdədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.