Paytaxt.org xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata görə, söhbət Egey dənizi və Şərqi Aralıq dənizi bölgələrindən gedir.
Həmin ərazilərdə balıqçılıq, faydalı qazıntıların çıxarılması və qazma işləri ilə bağlı Türkiyə, Yunanıstan və Kipr arasında uzun illərdir rəqabətli iddialar mövcuddur.
Hazırlanan qanunvericiliyə əsasən, prezident xüsusi qərarla Türkiyənin müstəsna iqtisadi zonasını elan edə biləcək. Bu isə Ankara ilə Afina arasında onsuz da həssas olan dəniz sərhədləri və enerji ehtiyatları məsələsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.