AZ

Dünya bazarında neft şoku – ehtiyatlar minimuma enir, qiymətlər qalxır

Hörmüz boğazı ətrafında yaranan böhran fonunda dünya üzrə neft ehtiyatları rekord sürətlə azalır.

Musavat.com xəbər verir ki, Forbes nəşrinin Morgan Stanley-in hesablamalarına istinadən yaydığı məlumata görə, mart və aprel aylarında qlobal ehtiyatlar gündəlik 4,8 milyon barel sürətlə azalıb. Bildirilir ki, bu göstərici əvvəlki bütün rekordlardan xeyli yüksəkdir.

Nəticədə dünya üzrə neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə enib və hazırkı həcmdə ehtiyatların təxminən 100 günlük qlobal istehlakı qarşılaya biləcəyi qeyd olunur.

Məlumata əsasən, hasilat da azalmağa davam edir. OPEC-in aprel ayındakı neft hasilatı son 36 ilin minimum səviyyəsinə düşüb.

JPMorgan analitikləri isə xəbərdarlıq edirlər ki, OECD ölkələrinin ehtiyatları artıq sentyabr ayına qədər operativ minimum səviyyəsinə çata bilər. Bu isə neft infrastrukturunun normal işləməsində problemlər yarada biləcək kritik hədd hesab olunur.

Bazarda yaranan kəskin çatışmazlıq fonunda Rusiya üçün yeni imkanların yarandığı bildirilir. Hörmüz boğazı ətrafındakı böhran nəticəsində Urals markalı neftin qiyməti də sürətlə yüksəlib. Aprel ayında bu markanın orta qiyməti bir barel üçün 94,87 dollara çatıb. Halbuki dekabr-fevral aylarında qiymət 39-44 dollar aralığında idi.

 

Musavat.com

Seçilən
13
2
musavat.com

4Mənbələr