AZ

İsrail Livan sərhədində qapalı hərbi zona yaradıb

BAKI, 16 may. TELEQRAF

İsrail ordusu Livanla sərhəddə yerləşən sahil bölgəsində qapalı hərbi zona rejimi elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbi rejim sərhədyanı Roş-ha-Nikra yaşayış məntəqəsindən Axziv milli parkınadək uzanan sahil zolağında tətbiq olunub. Həmin ərazinin uzunluğunun təxminən 5 kilometr olduğu qeyd edilib.

Ordunun açıqlamasında qərarın mövcud vəziyyətin qiymətləndirilməsindən sonra qəbul edildiyi bildirilib.

Yeni qaydalara əsasən, həmin əraziyə giriş tam qadağan olunub.

“İsrail Müdafiə Ordusu bu bölgənin müdafiəsinə hazır vəziyyətdə qalır”, - deyə məlumatda vurğulanıb.

Seçilən
55
teleqraf.com

1Mənbələr