AZ

“Həmişə futbolçularıma deyirəm ki, hər oyun…” Andrey Demçenko

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Araz-Naxçıvan" Misli premyer-liqasının 32-ci turunda evdə "Kəpəz"i 2:0 hesabıyla məğlub edib. “Football-plus.az” xəbər verir ki, naxçıvanlıların baş məşqçisi Andrey Demçenko oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb:- Bu qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Bu gün müasir futbol oynadıq. Məşqlərimizin bəhrəsini gördük. Rəqibimizə çətinliklər yaratmağa çalışdıq. Oyuna nəzarət bizim əlimizdəydi.- Turnir perspektivi ilə bağlı heç bir motivasiya qalmayıb. Bu amili nəzərə alsaq, oyunçuları matça necə kökləyirsiz?- Başa düşürəm ki, bu mövsüm bizim üçün yaxşı keçmədi. Ardıcıl 5 məğlubiyyət avrokuboklara vəsiqə qazanmamağımıza səbəb oldu. Həmişə futbolçularıma deyirəm ki, hər oyun bir şansdı. Son oyunumuz qalıb. Çox da motivasiyaya ehtiyac yoxdu. Onlar özləri də başa düşürlər ki, bu matçlar özlərini göstərmək baxımından bir şansdı.- Bəs özünüzün motivasiyanız varmı?- Şəxsi baxınmdan da yaxşı mövsüm keçirə bilmədim. Komanda bir gəmidi - burda həm futbolçular, həm də məşqçilər var. Bundan sonra rəhbərlik necə qərar verəcəksə, elə də olacaq.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
icma.az

2Mənbələr