AZ

YAP Qobustan rayon təşkilatının 31 illiyi münasibətilə Bakı səfəri təşkil olundu

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Bu gün YAP Qobustan rayon təşkilatının təsis olunmasının 31-ci ildönümü münasibətilə rayon təşkilatı əməkdaşlarının,Şəhid ailələrinin və Qazilərin bir qrupunun Bakı şəhərinə səfəri baş tutmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, önünə tər güllər düzülmüş,sonra Akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunmuş önünə tər güllər düzülmüş və əziz xatirələri ehtiramla yad edilmişdir.

Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Tədbir iştirakçıları Hərbi Qənimətlər Parkı ilə də tanış olmuş,sonda Zəfər abidəsinə gül dəstələri düzmüş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Gün ərzində tədbir iştirakçıları xoş və yaddaqalan anlar yaşamış, günün sonuna yaxın tədbir başa çataraq, tədbir iştirakçıları rayona qayıtmışlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
yeniazerbaycan.com

1Mənbələr