AZ

İllik 5 milyon avro maaş təklif etməyə hazırlaşır

“Yuventus” “Liverpul”un qapıçısı Alisson Bekkeri yayda heyətinə qatmağa çalışır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi braziliyalı qolkiperin transferi üzərində işlərini davam etdirir.

Komandanın baş məşqçisi Luçano Spallettinin də bu keçiddə israr etdiyi bildirilir.

“Yuventus” 33 yaşlı qapıçıya müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə və illik 5 milyon avro maaş təklif etməyə hazırlaşır. Bekker də mümkün transferdə maraqlıdır.

Turinlilər artıq “Liverpul”a ilk rəsmi təklifini hazırlayır. Qapıçının mersisaydlılarla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Seçilən
18
sportinfo.az

1Mənbələr