Futbol üzrə Türkiyə Super Liqasında mövsümün son turu start götürüb.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Beşiktaş" səfərdə "Rizespor"un qonağı olub.
İlk hissəni 0:2 geridə bitirən "qara qartallar" ikinci hissədə dönüş etməyi bacarıb. Jota Silva və Çerninin qolları komandaya 1 xal qazandırıb.
Bununla da xallarının sayını 60-a yüksəldən "Beşiktaş" mövsümü 4-cü pillədə başa vuraraq medalsız qalıb.
İstanbul təmsilçisi bu nəticəylə Konfrans Liqasının təsnifat mərhələsində iştirak etməyə haqq qazanıb.
"Siti" "Real"la rəqabətdə: RODRİ UĞRUNDA
Lukaku Türkiyə yolunda
Britaniyada ilk: BEKHEM MİLYARDER OLDU
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
Ançelotti ilə yeni müqavilə - RƏSMİ