“Mançester Siti”nin məşqçi heyətində mövsümün sonunda ciddi dəyişikliklər gözlənilir. Bu məlumatı “The Athletic” qəzeti yayıb.
"Football-plus.az" xəbər verir ki, komandanın fiziki hazırlıq üzrə məşqçisi Lorenso Buenaventura mövsüm başa çatandan sonra klubdan ayrılacaq. Bununla da onun baş məşqçi Xosep Qvardiola ilə 15 illik birgə fəaliyyətinə son qoyulacaq.
İtaliyalı mütəxəssis 2009-cu ildə “Barselona”da Qvardiolanın başçılıq etdiyi məşqçilər korpusuna qoşulub, sonra onunla birlikdə “Bavariya” və MS-də fəaliyyət göstərib. Buenaventuranın cavabdeh olduğu fiziki hazırlıq Qvardiolanın oyun fəlsəfəsinin əsas elementlərindən biri sayılır.
“The Athletic”in məlumatına görə, 63 yaşlı məşqçinin gedişi Qvardiolanın gələcəyi ilə bağlı müəyyən siqnal kimi də qiymətləndirilir. Belə ki, ispaniyalı çalışdırıcı hələ də mövcud müqaviləsinin son ilində komandada qalıb-qalmayacağı barədə yekun qərar verməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta