AZ

Əfqanıstan Rusiyaya əmək miqrantları göndərmək istəyir

Əfqanıstan Rusiyaya miqrant işçilər göndərmək imkanlarını araşdırır və Moskvanın bu məsələdə marağını görür.

"Ölkə.az" xəbər verir ki, bunu islam əmirliyinin ticarət və sənaye naziri Nuriddin Əzizi TASS-ın sualına cavab olaraq bildirib.

O qeyd edib ki, müxtəlif qurumlar miqrant işçilər məsələləri üzərində işləyir. Həm Rusiya, həm də Əfqanıstan tərəfindən konkret nəticələr əldə etməkdə ortaq maraq var.

Qeyd edək ki, son illər Rusiyada Qafqazdan və Orta Asiyadan gəlmiş əmək miqrantlarının kütləvi incidilməsi, sıxışdırılması və deportasiya edilməsi nəticəsində federasiyada ciddi işçi qüvvəsi çatışmazlığı yaranıb. Xüsusilə də ağır fiziki əmək tələb edən sahələrdə işləmək istəyənlər azdır. Rusiya qovduğu qastarbayterlərin yerini Hindistan, Nepal, Pakistan, Banqladeş kimi ölkələrdən əmək miqrantları cəlb etməklə doldurmaq istəyir. Əfqanıstan da həmin ölkələrin cərgəsinə qatılmaq fikrindədir.(musavat.com)

Seçilən
2
3
olke.az

4Mənbələr