Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Çorum vilayətinin Süngürlü rayonunda güclü qasırğa baş verib.
Hafta.az-ın xəbərinə görə, təbii fəlakət evlərin damlarını uçurub, ağacları kökündən qoparıb və binalara ciddi ziyan vurub.
İlkin məlumata görə, 5 nəfər xəsarət alıb.
Çorum valisi Əli Çalğan fəlakətin nəticələrinə baxış keçirərkən bildirib ki, Oayca kəndində vəziyyət xüsusilə ağırdır. Binaların təxminən 80 faizi yaşayış üçün yararsız hala düşüb.