Nürnberqdəki (Bavariya, AFR) zavodda kimyəvi maddələrin sızması nəticəsində azı 30 nəfər zərər çəkib.
"Far.Az"un məlumatına görə, bu barədə Bild qəzeti Bavariya Qızıl Xaçına istinadən xəbər verir.
Məlumata görə, hadisə günorta saatlarında Nürnberqin Şafhof rayonunda Turn-i-Taksis küçəsindəki müəssisənin ərazisində baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə xidməti, təcili yardım və polis əməkdaşları gəlib. Qeyd olunur ki, nəticələrin aradan qaldırılmasında təxminən 100 xilasetmə işçisi iştirak edib.
Təcili xidmətlərdə qeyd ediblər ki, 20 nəfər yüngül xəsarət alıb, daha 8 nəfər orta dərəcəli xəsarət alıb, iki nəfər ağır vəziyyətdədir. Ümumilikdə 17 zərərçəkən xəstəxanaya yerləşdirilib. Təxminən 90 nəfərə hadisə yerində tibbi və psixoloji yardım göstərilib.