AZ

Dövlət orqanlarında çalışanların sayı azalır...

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ötən ayla müqayisədə 13.6 min nəfər artaraq 1797.6 min nəfərə çatıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən xəbər verir.

Mart ayı ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 1.1 min nəfər azalaraq 869.5 min nəfərə düşdüyü halda, qeyri-dövlət (özəl) sektorunda çalışanların sayı 14.7 min nəfər artaraq 928.1 min nəfərə yüksəlib.

Azərbaycanda muzdla çalışan işçilərin sayında aylar üzrə azalma və artım hansı səbəblərlə bağlıdır?

Bu barədə Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yaz və yay aylarında kənd təsərrüfatı, turizm və tikinti sektorlarında işçi tələbatı artır: “Azərbaycanda muzdla çalışan işçilərin sayında aylar üzrə artım və azalma əsasən iqtisadi fəallıq, mövsümi işlər və əmək bazarındakı dəyişikliklərlə bağlı olur. Özəl sektorda çalışanların sayının artması yeni bizneslərin açılması, xidmət və tikinti sahəsində iş həcminin genişlənməsi, həmçinin mövsümi layihələrin başlaması ilə əlaqədar ola bilər. Xüsusilə yaz və yay aylarında kənd təsərrüfatı, turizm və tikinti sektorlarında işçi tələbatı artır.

Dövlət sektorunda çalışanların sayının azalması isə bəzi qurumlarda optimallaşdırma aparılması, vakant yerlərin bağlanmaması və ya müəyyən layihələrin başa çatması ilə bağlı ola bilər. Bəzən dövlət müəssisələrində çalışanların bir hissəsi özəl sektora keçdiyi üçün də statistikada fərq yaranır”.

Akif Nəsirli əlavə edib: “Muzdla çalışanların sayına qeyri-rəsmi məşğulluğun azalması da təsir edir. Son illərdə əmək müqavilələrinin rəsmiləşdirilməsi istiqamətində tədbirlər görüldüyündən əvvəllər qeyri-rəsmi çalışan şəxslər artıq rəsmi statistikalarda görünür. Bu da xüsusilə özəl sektorda artımın əsas səbəblərindən biri hesab olunur”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
bizimyol.info

1Mənbələr