ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Bakı şəhərində yerləşən "Ulduzlara doğru" uşaq bağçasının həyətindən qəribə görüntülər yayılıb.
"Unikal"ın məlumatına görə, adıçəkilən bağçanın həyətyanı sahəsində qoyun, çəpiş və toyuqlar saxlanılır.
Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal 24 ünvanında yerləşən bağçanın həyətindən havalar istiləşəndən sonra ətrafa üfunət iyi yayılır. Bu isə ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.