“Nottinqem Forest”in yarımmüdafiəçisi Morgan Gibbs-Uayt İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, o, ay ərzində keçirdiyi üç matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Xüsusilə Bernli ilə oyunda het-trik etməklə diqqət çəkib.
Lakin mayın əvvəlində futbolçu “Çelsi” ilə qarşılaşmada ağır zədə alıb. Robert Sançeslə toqquşma zamanı başından ciddi xəsarət alan Gibbs-Uaytın sifətində burun körpüsündən qaşına qədər uzanan böyük çapıq qalıb.

Zədədən və komandasının UEFA Avropa Liqası yarımfinalında “Aston Villa”ya məğlubiyyətindən sonra ona ən böyük dəstəyi sevgilisi Britni de Vilyers göstərib.