Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Gənc qadın sürücü piyadanın ölümünə səbəb olub. Avtosfer.az xəbər verir ki, Qazaxıstanda baş verən faciəli hadisə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtomobili idarə edən gənc qadın dayanacaq sahəsinə daxil olarkən idarəetməni itirib və əyləclə qaz pedalının yerini səhv salaraq yüksək sürətlə həmin an oradan keçən piyadanı vurub.
Avtomobilin altında qalan zərərçəkən aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı artıq cinayət işi açılıb.
Qeyd edək ki, Qazaxıstan qanunvericiliyinə əsasən, bu cür ehtiyatsızlıqdan adam öldürmə ilə nəticələnən qəzalar üzrə sürücünü ağır cəzası gözləyir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.