ain.az, Avtosfer saytına istinadən bildirir.
Azərbaycanda beynəlxalq sərnişin və yük daşımaları ilə məşğul olan sürücülər və məsul şəxslərlə bağlı qaydalarda dəyişiklik edilib. Avtosfer.az-ın məlumatına görə, sürücülük vəsiqəsinin nömrəsi və ya kateqoriyası dəyişən sürücülər Dövlət İmtahan Mərkəzinin verdiyi şəhadətnaməni yenisi ilə əvəz edə biləcəklər. Hazırda qüvvədə olan qaydalara görə, hazırlıq və ya yenidən hazırlıq üzrə qiymətləndirmədən keçən şəxslərə DİM tərəfindən 7 il müddətinə etibarlı şəhadətnamə təqdim olunur. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsində dəyişiklik olduqda şəxs müraciət edərək həmin şəhadətnaməni 5 iş günü ərzində yenisi ilə əvəz etdirə biləcək. Yeni sənəd əvvəlki ilə eyni hüquqi qüvvəyə malik olacaq və şəhadətnamənin nömrəsi dəyişməyəcək. Qeyd edək ki, bu qaydalar beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə, eləcə də bu fəaliyyətlə məşğul olan operatorların məsul şəxslərinə aiddir (Sfera).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.