AZ

Əməkdar artist: "Onun cəsarəti yoxdur ki, öz adı ilə nəsə yazsın"

"Sevgi, hörmət, bunlardan da əvvəl məntiq olmalıdır. Gənclər daha çox müstəqil olmaq istəyirlər. Yaşayışlarını qurmaq, kirayədə qalmaq istəmirlər. Bu da zaman tələb edir. Buna görə də cavanlar evlənmək istəmir. Çoxu karyera dalınca qaçır ki, maddiyyatını düzəltsin, sonra evlənsin".

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Künc-bucaq" layihəsində deyib. İfaçı ailələrin tez dağılmasının səbəbini belə açıqlayıb:

"Azadlıq. Belə bir atalar sözü var, "Söz götürənindir, ev oturanın". Dözürdülər. Əvvəl oğlan səsini qaldırmazdı ki, evdəkilərdən qızın ailəsindən ayıbdır. İnsanın utanan sifəti olurdu. Qızda da eynən. Əvvəllər çəkinəcəkləri çox şey var idi. İlk iki il hamıda problem olur. O müddətə dözə bilmirlər. Ona görə ailələr tez dağılır. Qız başqa ailədən gəlib, oğlan da başqa ailədən. Amma birdən birləşsinlər və hər şey yaxşı olsun, belə olmur. Romantik sevgi bitir və reallıq başlayır".

N.Ələsgərli sosial mediada ünvanına yazılan mənfi rəylərə də münasibət bildirib:

"Əvvəllər neqativ şərhlərə əsəbiləşirdim. İndi vecimə deyil. Zatən mənimlə maraqlanmasa, onu narahat etməsəm, paxıllığımı çəkməsə, barmağına əziyyət verib mənə şərh yazar? Sənin işin-gücün yoxdur? Mən niyə yazmıram? Gəl, medal verim ki, al, təbrik edirəm.

Belə şərhləri yazanların profilində ad da olmur. Çünki onun cəsarəti yoxdur ki, öz adı ilə nəsə yazsın. İstəsəm, iki vur ikidir, bu dəqiqə taparam ki, o kimdir. Amma nəyimə lazımdır? Heç belə adama vaxt ayıraram? Əgər istəyirsən, adını de, medal verim sənə, söy məni. Bunu etməyə sizi kim məcbur edir axı? Girmə, izləmə, baxma. Belə şeylərə önəm vermək lazım deyil. Atın qara siyahıya".

Seçilən
1
1
far.az

2Mənbələr