ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Ötən illərlə müqayisədə bu il sertifikasiya imtahanları müəllimlər üçün bir qədər rahat keçib. Çünki stres və gərginlik olmayıb. Bildiyim qədərilə, elə ciddi hazırlıq da olmayıb. Çünki müəllimlər əvvəllər daha çox sertifikasiya suallarını axtarıb tapır və ona uyğun istiqamətdə hazırlaşırdılar. Amma indi bir qədər arxayınlıq var. Müəllim düşünür ki, tədris etdiyi fəndir, gedib bal toplayaram".
Bu fikiriləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Naxçıvanda keçirilən sertifikasiya imtahanlarında iştirak edən 2748 nəfərdən 14 nəfərin maksimal nəticə əldə etməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, 3 minə yaxın müəllimdən cəmi 14 nəfərin 60 bal toplaması bir qədər az rəqəmdir:
"Amma ümumilikdə 51 faizdən çox bal toplayanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, həmin şəxslərin əməkhaqlarına əlavələr daha çox olacaq. Məsələn, 51 faiz toplayan müəllimlərin əməkhaqqına 35 faiz əlavə gəlir. Bu da müəllimlərin artıq sertifikasiya məsələsinə yanaşmasının nəticəsidir. Yəni onlar bir qədər daha arxayın yanaşırlar. Ona görə də maksimum nəticə toplamaq onlar üçün o qədər də vacib görünmür. 51 faizi keçmək kifayət edir ki, əməkhaqqına müəyyən əlavə olunsun".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.