AZ

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.

"Hədəflərin arasında 20-yə yaxın siyasi mərkəz və hərbi məntəqələr var. Əlbəttə, biz bu məlumatı nəzərə aldıq. Lakin Rusiya rəhbərliyi üçün xüsusi olaraq qeyd etmək lazımdır ki, bu ölkədən fərqli olaraq, Ukraynanın müdafiə mənbəyi Ukrayna xalqının öz müstəqilliyi və öz müstəqil dövləti uğrunda mübarizə aparmağa hazır olmasıdır", – o yazıb.

Zelenski qeyd edib ki, ukraynalılar istənilən digər millətlər kimi öz ölkələrinin suverenliyini müdafiə etmək hüququna malikdirlər.

"Xalqı məğlub etmək mümkün deyil. Rusiya öz müharibəsini başa çatdırmalı və layiqli sülhlə bağlı razılığa gəlməlidir", - Zelenski vurğulayıb.

Seçilən
14
far.az

1Mənbələr