AZ

Burun spreylərindən nə qədər istifadə etmək olar?

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Burun tutulması yaşayan insanlara xəbərdarlıq edilib ki, burun açıcı spreylərdən yalnız beş gün istifadə edilməlidir. Əks halda problem daha da ağırlaşa bilər.

Ölkə.az xəbər verir ki, havaların isinməsi ilə birlikdə polenlərin artması allergiyası olan insanlar üçün asqırıq və burun tutulması kimi problemləri də artırıb. Belə hallarda insanların ilk müraciət etdiyi vasitələrdən biri burun spreyləri olur.

Böyük Britaniya Dərman və Səhiyyə Məhsulları Tənzimləmə Agentliyi (MHRA) bəzi burun açıcı spreylərin istifadə müddətini maksimum beş günlə məhdudlaşdırıb.

5 gündən artıq istifadə etməyin

Burun tutulmasını aradan qaldıran spreylər soyuqdəymə, allergiya və sinusitin yaratdığı burun tutulmasına qısa müddətli rahatlıq verir.

Lakin qurum bildirib ki, bu vasitələrdən həddindən artıq istifadə “geri qayıdan burun tutulması” probleminə səbəb ola bilər.

Bəyanatda bu cür spreylər və damcılar üçün bütün yeni qablaşdırma və vərəqələrdə istifadə müddətinin beş gündən çox olmaması lazım olduğu bildirilir.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
olke.az

3Mənbələr