AZ

Maşını yolun ortasında park edən sürücü hərəkəti məhdudlaşdırdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakıda dayanma-durma qaydasını pozan sürücü digər hərəkət iştirakçılarına mane olub. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 16-da paytaxtın Qarabağ küçəsində qeydə alınıb. Belə ki, 77-HX-713 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü yolun sol hissəsində dayanaraq gözləyib. Bu zaman arxadan gələn sürücü yolda tıxac yarandığını düşünüb. Lakin sağa manevr edərkən məlum olub ki, həmin avtomobil sürücüsü heç bir səbəb olmadan dayanıb.

Videodan da aydın görünür ki, yolun sol kənarında dayanma və durmanın qadağan edildiyini bildirən yol nişanı yerləşdirilib.

Fərid 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
avtosfer.az

1Mənbələr