AZ

Toyda atan yaşdayam söyüş söymə dedi, vurub gözünü çıxartdı Məhkəmə

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Kürdəmir rayonunda toyda mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir şəhərində yerləşən “Muradxan” şadlıq sarayının foyesində baş verib. 2000-ci il təvəllüdlü Cabbar şadlıq sarayında ictimai qaydanı kobud surətdə pozub və Sabirlə mübahisə edib. O, Sabirin baş nahiyyəsinə yumruqla bir neçə dəfə qəsdən vurub, ona xəsarətlər yetirib. İş üzrə ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşusu Elşənin bacısının Kürdəmir rayonu ərazisində yerləşən “Muradxan” şadlıq sarayında toy mərasimi keçirilib:“Gəlinin qardaşı ilə dost olduğuma görə toya dəvət edildim və toya gələn digər qonaqlar kimi çörək yeyib, spirtli içki qəbul etdim. Toyda Sabir tərəfindən mənə dörd-beş dəfə qan-qaraçılıq salmamam barədə xəbərdarlıq edilməyib. Ola bilsin ki, o, məni kiminləsə qarışıq salıb”.Təqsirləndirilən şəxsin sözlərinə görə, şadlıq sarayının foyesindən içəri girəndə cavan bir oğlan ailəsi ilə söhbət edib və bundan başqa orada hamı içkili idi: “Söyüş söymüş olsaydım, elə həmin şəxslər mənə reaksiya verərdilər. Saat 22 radələrində saraydan eyvana əmim oğlu Elnurla birlikdə çıxdım. Elnurla söhbət edərkən adını sonradan bildiyim Sabir əli ilə məni yanına çağırdı. Mən də onun yanına getdim. Sabir mənə “söyüş söymə” dedi. Cavabımda əmim oğlu ilə içəri girdiyimi və söyüş söymədiyimi bildirdim. Sabir mənə söyüş söyərək, hər iki əli ilə çənə və boyun nahiyyəmə vurdu. Sabirin hərəkəti heç də onun yaşına uyğun olmadı. Çünki, böyük cavanın halını görüb yola verməli idi. Refleks olaraq Sabirə iki-üç zərbə endirdim. Zərbələrdən biri xatırladığım qədər onun qaş nahiyyəsinə dəydi. Ətrafda olan şəxslər və əmim oğlu Elnur bizi aralaşdırdı. Sonra Sabiri xəstəxanaya apardılar. Özüm isə evimə getdim”. Təqsirləndirilən şəxs deyib ki, səhəri gün üzrxahlıq üçün Sabirin işlədiyi kafeyə gedib, qaşında yara binti olduğunu görüb:“Sabirin gözünü rayonda Vidadi həkim müayinə edib və dərman töküb. Vidadi həkimin Sabirin gözünə dərman tökməsi evdə bu prosesi təkrarlayanda nümunə kimi videokameraya çəkilib və həmin çəkiliş atam ilə dayıma göstərilib. Videogörüntünü onlara göstərməkdə məqsəd Sabirin həmin vaxt guya Bakı şəhərində əməliyyat olunmasını demək olub. Sabirin gözündə əvvəldən problem var idi”.İş üzrə zərərçəkmiş Sabirin sözlərinə görə, rayonda sakit biri kimi tanınıb, həmişə kasıblara əl tutan olub:“Kürdəmir şəhəri, Babək prospektində yerləşən “Sabir” kafesini işlədirəm. Məlum hadisə günü işçim Durna oğlu Vəfadar üçün böyük toy etdi. Vəfadarın toy mərasimi Kürdəmir rayonunda yerləşən “Muradxan” şadlıq sarayında keçirildi. Özüm də dəvət olunduğum üçün həmin toyda iştirak etdim. Eyni zamanda toya nəzarət edən şəxs kimi təşkilati işlərlə məşğul olmuşam. Toy məclisi saat 18:00-da başladı. Cabbarla ayrı-ayrı masalarda əyləşmişik. Saat 19 radələrində Cabbar səs-küy salmağa başladı. Buna görə də foyedən içəri girəndə ona öz iradımı bildirdim. Cabbarın səs-küyü ondan ibarət idi ki, masasında olan şəxslərlə mübahisə etmiş və söyüş söymüşdü. Saat 22 radələrində restoranın foyesində dayanıb siqaret çəkərkən Cabbar söyüş söyə-söyə o tərəf bu tərəfə keçdi. Ona “oğlum yaşdasan, söyüş söymə”  deyə irad bildirim. Buna baxmayaraq, Cabbar söyməyə davam edərək, “yaxşı edirəm söyürəm” dedim. Mən də ona “qələt edib söyürsən, sənin atan yaşındayam utanmırsan?” dedim. Bu zaman Cabbar üstümə gəldi. Cabbarı hər iki əlim ilə itələdim. Həmin anda Cabbar bir neçə dəfə yumruqla üzümə və göz nahiyyəmə vurdu. Cabbar mənim üstümə tək gəldi. Cabbarın yumruqlarının təsirindən sağ göz nahiyyəm və alnımdan xəsarətlər aldım. Bizi hadisə yerində olan on-on beş nəfər şəxs aralaşdırdı. Buna baxmayaraq, Cabbar məni yenə də vurmaq üçün cəhd göstərdi. Hadisə yerində olan Vəfadarın qayını Elşən Cabbarı sakitəşdirdi. Özümü pis hiss etdiyimə görə foyedəki divanda oturdum. Daha sonra taksi ilə xəstəxanaya getdim və xəstəxanada ilkin tibbi yardım göstərildi”.Zərərçəkmiş qeyd edib ki, daha sonra göz həkiminin göstərişi ilə Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz klinikasına gedıb, orada gözü hadisə zamanı zədə aldığı üçün cərrahiyə əməliyyatı həyata keçirilib: “Lakin gözüm sağalmadı. Əksinə olaraq digər gözümə də təsir etdi, onu da zəiflətdi. Bun görə yenidən cərrahiyə əməliyyatı keçirildim və zədə aldığı gözümü amputasiya edərək çıxartdılar”.  Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 126.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib və 4 il 6 ay azadlıqdan məhrum edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
demokrat.az

1Mənbələr