AZ

Rafael Fiziyev: "Meksikalı rəqibimin ayaqüstə döyüşə üstünlük verməsi işimi asanlaşdırır"

Meksikalı rəqibi Manuel Torresin ayaqüstə döyüşə üstünlük verməsi Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev üçün sərfəlidir.

"Report"un məlumatına görə, idmançı bu barədə bu il keçiriləcək "UFC Fight Night Baku" turniri ilə bağlı onlayn şəkildə təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda güclü MMA idmançıları var:

"Əli Quliyevi UFC-də görmək istəyirəm. Hamısının adını çəkə bilmirəm. Digər azərbaycanlıların da UFC-də çıxışını səbirsizliklə gözləyirəm. UFC döyüşləri gözlənilməz nəticələnə bilər. Mənim hazırkı rəqibim ayaqüstə döyüşə üstünlük verir. Bu da mənim üçün daha sərfəlidir. Görüş doğma meydanda olsa da, hər məkanda eyni cür döyüşürük".

R.Fiziyev xüsusi qarşılaşmaq istədiyi rəqibin olmadığını sözlərinə əlavə edib:

"Hədəfim yalnız zirvəyə qalxmaqdır. Həmişə növbəti rəqibimlə döyüşü fikirləşmişəm. Dünyada yaşayan bütün azərbaycanlılardan dəstək alıram. Bu, mənim üçün xoşdur. Azərbaycanlılar bir-birinə hər zaman dəstək olur. Dünyanın harasında olsaq belə".

Təcrübəli idmançı çəkisalma prosesində problemlə üzləşmədiyini sözlərinə əlavə edib:

"Yeməyi çox sevirəm. Hazırda 20 kq çəki artırmışam. Onun yarısını azaltmışam. Amma qarşıda böyük proses var. İndi dieta saxlayıram. Bu proses o qədər də xoşuma gəlmir".

Fiziyev uşaqları ilə əylənmək üçün gitara aldığını deyib:

"İfa edə bilmirəm. Sadəcə, uşaqlarla vaxt keçirmək üçün almışdım".

Qeyd edək ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Rafael Fiziyev gecənin əsas döyüşündə, yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Seçilən
11
far.az

1Mənbələr