AZ

Tramp ABŞ ın İran üzərində hərbi qələbə sini elan etdi

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qoşunları İranın hərbi potensialını darmadağın edərək tam qələbə qazanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə təyyarəsində açıqlama verərkən deyib.

“Biz tam hərbi qələbə qazandıq. Bütün donanmasını məhv etdik, hava qüvvələrini tamamilə darmadağın etdik. Hava müdafiəsi və izləmə sistemlərini məhv etdik, onların liderlərini aradan götürdük”, – deyə qeyd edib.

Eyni zamanda Tramp bəzi KİV-ləri, o cümlədən CNN telekanalı və "The New York Times" qəzetini ABŞ-ın qələbəsi barədə “doğru yazmamaq”da qınayıb. O, jurnalistlərin Tehran haqqında “hər şey hərbi baxımdan qaydasındadır” kimi yazılarını xəyanət kimi qiymətləndirib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr