AZ

Vinisiusla Virciniyanın ayrılığı rəsmiləşdi FOTO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius Juniorun braziliyalı influenser Virciniya Fonseka ilə münasibəti başa çatıb.

İdman.Biz xəbər verir ki, Virciniya sosial şəbəkədə paylaşım edərək ayrılığı təsdiqləyib. O, münasibət müddətində özünü bu əlaqəyə çox həsr etdiyini, amma həyatda onun üçün dəyişməz prinsiplər olduğunu bildirib.

Fonseka qeyd edib ki, bəzi məqamlar əvvəlki mənasını itirəndə münasibəti sevgi və hörmətlə bitirmək daha doğru qərardır.

“Bu gün hər birimiz öz yolumuza hörmətlə davam etməyi seçirik. Vinisiusa xoşbəxtlik və uğur arzulayıram”, - deyə o yazıb.

Virciniya paylaşımında izləyicilərdən də hörmət istəyib və bu səhifənin hər ikisi üçün bağlandığını vurğulayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr