AZ

Britni Spirs restoranda qalmaqal yaradıb Hürüb, bıçaqla gəzib

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Məşhur müğənni Britni Spirs Los-Ancelesdə yerləşən kiçik restoranlardan birində qalmaqal yaradıb.

Axşam.az xəbər verir ki, hadisə ifaçının reabilitasiya mərkəzindən çıxmasından və sərxoş halda avtomobil idarə etdiyinə görə cərimələnməsindən qısa müddət sonra baş verib.

44 yaşlı sənətçinin restoranda qeyri-adekvat davranışlar sərgilədiyi və digər müştəriləri narahat etdiyi bildirilib.

Məlumata görə, Britni restorana naməlum bir kişi ilə gəlib. Şahidlərin sözlərinə görə, ifaçı masa arxasında yüksək səslə danışıb, qışqırıb və it hürməsinə bənzər səslər çıxarıb. İddialara əsasən, müğənni bir müddət sonra əlində bıçaqla müştərilərin yanından keçib. Bu da restoranda olanlar arasında narahatlığına səbəb olub.

Daha sonra mühafizəçilər sənətçini evinə aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
axsam.az

1Mənbələr