AZ

Didem Soydanın illər əvvəlki yatırımı milyon qazandırdı

Didem Soydanın illər əvvəlki yatırımı milyon qazandırdıDidem Soydan illər sonra açıqladığı maraqlı etirafı ilə gündəmə gəlib. Məşhur model 2012-ci ildə etdiyi Bitcoin investisiyasının zamanla böyük sərvətə çevrildiyini bildirib.

Sonxeber.az türk mediasına istinadən Soydanın sözlərinə görə, uzun müddət hesabının şifrəsini unutduğu üçün kriptovalyuta hesabına daxil ola bilməyib. İllər sonra hesabı bərpa etməyə nail olan model qarşısına çıxan məbləğdən böyük şok yaşadığını deyib.

O bildirib ki, hesabdakı məbləği gördükdən sonra qardaşı həyəcanla "Bacı, zəngin olduq!" deyə qışqırıb.

Bitcoin-ə illər əvvəl yatırım edən Soydanın açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. Kriptovalyutanın illər ərzində sürətlə dəyər qazanması bir çox istifadəçi tərəfindən diqqət çəkən nümunə kimi qiymətləndirilib.

Seçilən
16
sonxeber.az

1Mənbələr