AZ

Rusiyanın amfibiya təyyarəsi BELƏ VURDULDU - ANBAAN VİDEO

Mayın 15-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın hərbi obyektlərinə silsilə zərbələr endirib.

Musavat.com xəbər verir ki, məhv edilən hədəflər arasında "Be-200 Altair" amfibiya təyyarəsi, "Ka-27" helikopteri və döyüş sursatı daşıyan quru yük gəmisi var.

Bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madjar" Brovdi öz "Telegram" kanalında məlumat yayıb.

Komandanın sözlərinə görə, gecə ərzində Pilotsuz Sistemlər Qüvvələrinin dronları Rusiyanın dərin arxa cəbhəsində yerləşən 23 hərbi hədəf və obyektə ümumilikdə 55 atəş zərbəsi endirib.

Musavat.com

Seçilən
16
2
musavat.com

3Mənbələr