AZ

Şirkətlər əvvəldən alınan tur paketlərə görə əlavə ödəniş tələb edir: Kim haqlıdır? AÇIQLAMA

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər müştərilər tur şirkətlərinin əvvəlcədən alınmış tur paketlərə görə əlavə ödəniş tələb etməsindən narazıdır.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çox sayda şikayətlər paylaşılır.

Müştərilər deyir ki, aylar əvvəl sərfəli olsun deyə aldıqları tur paketlərə görə hazırda onlardan hər adam üçün əlavə 65 dollar ödənilməsi tələb edilir.

Tur şirkətləri bu vəziyyəti aviabilet qiymətlərinin artması ilə əlaqələndirib.

Müştərilər əvvəlcədən müqavilə bağlanmasını əsas gətirərək əlavə ödəniş tələbini haqsız sayır, şirkətlər isə buna məcbur olduqlarını bildirirlər.

Belə olan halda hansı tərəf haqlıdır?

Suala aydınlıq gətirmək üçün Ölkə.Az turizm eksperti Ceyhun Aşurovun fikirlərini öyrənib. O, saytımıza açıqlamasında bildirib ki, bu, etik baxımdan düzgün olmasa da, hüquqi əsası var:

“Şirkətlərdən aylar əvvəl erkən rezervasiya ilə tur paketlərin sonradan qiymətinin artırılması əlbəttə, alıcıları/turistləri narahat edir ki, biz ucuz olsun deyə bir neçə ay əvvəldən hansısa bir tur paketi almışıq. Xüsusən də burada Türkiyəyə gedən tur paketlərdən söhbət gedir. Ən çox alınan istiqamət də ora olduğuna görə, adambaşa 65 dolar qiymət əlavə olunub.

Əlbəttə, bu, əlavə xərc yaratdığı üçün haqlı olaraq insanları narahat edir. Etik baxımdan yaxşı olardı ki, bu qiymət artımı indidən sonra alınmış tur paketlərə tətbiq olunsun. Lakin burada bir məqam var ki, bu, qanuni olaraq tur şirkətlərinin tur operatorlarla bağladığı müqavilədə öz əksini tapıb. Eyni zamanda tur operatorların da hava nəqliyyat şirkəti ilə eyni məzmunlu müqaviləsi var ki, yanacağın qiyməti beynəlxalq bazarda qalxarsa, bu, qiymətlərə də təsir edə bilər. 

Yaxşı olardı ki, müqavilə bağlananda müştərilərin mövqeyi öncədən nəzərə alınardı. Amma görünən odur ki, standart müqaviləyə əsasən turizm şirkətləri və vətəndaşlar da bununla bağlı heç bir şey edə bilmirlər. Ona görə də bu, vətəndaşların haqlı olaraq narazılığına səbəb olub. Amma hüquqi olaraq turizm şirkətləri və tur operatorlar bu bəndlər üzərindən çıxış edərək, özlərini əvvəldən qorumaya alıblar”.

Billurə Yunus

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
olke.az

2Mənbələr