Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Prezident Donald Trampın Pekinə səfəri başa çatmamış ABŞ Konqresinə Çin avtomobilləri ilə bağlı qanun layihəsi daxil olub.
Avtosfer.az xəbər verir ki, İnternetə qoşulmuş avtomobillərlə bağlı qanun layihəsini parlamentə hər 2 partiya - Respublikaçılar və Demokratlar birgə təqdim edib.
Qanun layihəsində Çin maşınlarına əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Hər 2 siyasi qüvvə layihəni dəstəklədiyi üçün onun Konqresdən keçəcəyi şübhə doğurmur.
Sənədi yerli avtomobil istehsalçıları da təqdir edib. Onların fikrincə, ABŞ bazarı qeyri-məhdud deyil. Çinlilər isə hər gün təklifi artırırlar.
Vüqar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.