AZ

Azərbaycanda kirayəBAHALAŞIR- Vətəndaşlar...

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli Ajans.az-a açıqlama verib. 
O bildirib ki, minimum əməkhaqqı ilə kirayə problemi Azərbaycanda real və ciddi bir məsələdir. 400 manatla 600-700 manat kirayəni ödəmək praktiki cəhətdən mümkün deyil, çünki insan gida, nəqliyyat və digər zəruri xərclər üçün heç pul qalmır.
Bu vəziyyətdə insanlar aile üzvləri ilə kirayəni bölüşmək, daha ucuz yaşayış yerlərinə köçmək və ya hər həftə əlavə iş tapmaq cəhdlərinə müraciət edirlər. Bəzilər məcbur olaraq ailə üzvlərindən pul istəyir və ya borc almaq yoluna gedirlər.  Onun sözlərinə görə, kirayə qiymətləri artdıqca, bəzi insanlar qanunsuz yaşayış yerlərində və ya işçi yataqxanalarında yaşamağa məcbur olurlar.
Maaş-kirayə uyğunsuzluğu aradan qaldırılmır çünki həm qanun qoyucular, həm də işəgötürənlər bu məsələyə ciddi şəkildə yanaşmırlar.  Akif Nəsirli qeyd edib ki, minimum əməkhaqqı artırılmasa da, kirayə qiymətləri sərbəst bazar şərtində yüksəlməyə davam edir. Hökumət tərəfdən sosial dəstək proqramları yetərsizdir və mövcud olmayan kirayə subsidiyaları praktiki fayda vermir. Sahibkarlar isə əməkhaqqını artırmamağı seçir, çünki bu onların xərclərini artıracaq. “Konkret həllər üçün önəmli addımlar bunlardır: minimum əməkhaqqının reallıqçı şəkildə artırılması lazımdır ki, bu, ən azı böyük şəhərlərdə kirayənin 30 fayzə çatmasını təmin etsin. Dövlət tərəfindən düşük gəlirli ailələr üçün kirayə subsidiləri və sosial yardım proqramları genişləndirilməlidir. “ Ekspert vurğulayıb ki, inşaat sektoru dəstəklənib ucuz məskən layihələri inkişaf etdirilərsə, kirayə qiymətlərinə təzyiq azalacaq. İşçi hüquqları qanunvericiliyi gücləndirilməli və əməkhaqqının aşağı qalması cəzalandırılmalıdır. Şəhər planlaması dəyişib, insanlar kirayə əhəmikarana qədər qiymətli olmayan sahələrdə yaşaya bilərlər. 

Nəhayət, cəmiyyətin fərdi fərqli qrupları arasında sosial həmrəylik aradan qaldırılmalı və böyük şirkətlər sosial məsuliyyət çərçivəsində daha yüksək əməkhaqqı təklif etməlidirlər.

Seçilən
32
Ajans.az

1Mənbələr