AZ

Tramp Çindən istədiyini aldı?

“ABŞ lideri Donald Trampın həmkarı Si Cinpinlə görüşünün nəticələr onu deməyə əsas verir ki, Çin öz prinsipal mövqeyini nümayiş etdirməkdə, xüsusilə də Tayvan məsələsində qırmızə xətlərini qorumaqda qərarlıdır”.

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində Tramp-Cinpin görüşünün nəticələri barədə öz fikirlərini bölüşərkən bildirib.Onun sözlərinə görə, ABŞ və Çin ikitərəfli əməkdaşlıqda maraqlıdır:

“Trampın Çinə rəsmi səfəri bütün dünyada maraqla izlənilirdi. Nəzərə alaq ki, iki qlobal güc mərkəzinin lideri - Donald Tramp və Si Cinpin arasında baş tutan görüşdə dünyanın gələcəyi ilə bağlı bir çox suallara aydınlıq gətirilməli idi.

Bildirim ki, Çin supergüc dövlət olmaqda iddialıdır. Bu günə qədər tərəflər arasında bir sıra məsələlərdə problemlərin olduğu məlumdur. Pekin tərəfi də bu görüşə qədər qırmızı xətlərini müəyyən etmişdi. Tramp-Cinpin görüşündə əsas müzakirə mövzuların hansı istiqamətdə olduğu da məlumdur. 

Birincisi, bu görüşdə Tayvan məsələsi əsas müzakirə olunan mövzulardan biri idi. Düzdür, ABŞ Çinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edir, amma digər tərəfdən Tayvanla əlaqələrini davam etdirir və ona hərbi dəstək verir.

İkincisi, hər iki liderin görüşündə ikitərəfli iqtisadi-ticari münasibətlər, tariflər, yüksək texnologiya, nadir torpaq elementləri, nəqliyyat dəhlizləri, logistika və enerji məsələlərdə əməkdaşlıqla bağlı məsələlər də müzakirə olunub. Sözsüz ki, qarşılıqlı müzakirələr zamanı İran ətrafında və Hörmüz boğazında mövzud vəziyyətə də toxunulub”.

Politoloq qeyd edib ki, ABŞ və Çin ikitərəfli əməkdaşlıqda maraqlıdır:

“Dünən Tramp-Cinpin görüşünün nəticələr onu deməyə əsas verir ki, Çin öz prinsipal mövqeyini nümayiş etdirməkdə, xüsusilə də Tayvan məsələsində qırmızı xətlərini qorumaqda qərarlıdır.

Eyni zamanda Çin gələcəyə hesablanan addımlar atmaqla ABŞ-a rəqabət yox, əməkdaşlıq təklif edir. Hazırkı durumda Vaşinqton bununla barışmaq məcburiyyətindədir.

Trampın Cinpinlə görüşünü iki supergüc dövlətin liderinin görüşü kimi qiymətləndirməsi onu göstərir ki, ABŞ artıq Çini qlobal güc mərkəzi kimi qəbul edir.

Doğrudur, Çinin hələ ABŞ-nin səviyyəsinə çatması və ABŞ-a meydan oxumasına xeyli zaman var. Çinin iqtisadi inkişaf tempi yüksəkdir, amma ABŞ da öz qlobal iqtisadi hegemonluğunu qorumaqdadır”.

Ekspert vurğulayıb ki, Trampı müşahidə edən heyətdə təxminən 14 trilyon vəsaitə sahib olan şirkətlərin rəhbərləri də iştirak edirdilər:

“Bu o deməkdir ki, ABŞ ilə Çin arasında fikirayrılıqlarına baxmayaraq, həm Vaşinqton, həm də Pekin rəqabətdən daha çox əməkdaşlıqda maraqlıdırlar. Qarşıdurmaya getmək heç bir tərəfin marağında deyil.

Şübhəsiz ki, Tramp-Cinpin görüşü ABŞ ilə Çin arasında fikirayrılıqlarını aradan qaldırmadı, ancaq dünya bu mesajı verdi ki, iki böyük güc mərkəzi arasında gərginlik dünya iqtisadiyyatında problemlər yarada bilər”.

O.Qasomov bildirib ki, tərəflər müəyyən məsələlərdə maraqlarını nəzərə almaq barədə razılığa gəliblər:

Seçilən
29
cebheinfo.az

1Mənbələr