AZ

Çin “Hörmüz”lə bağlı QƏRAR VERDİ: “Biz istəyirik ki… “ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Çin tərəfi Pekində keçirilən və Prezident Donald Trampın iştirakı ilə baş tutan görüşdə Hörmüz boğazının heç bir rüsum və hərbi nəzarət olmadan yenidən açılmasını istədiyini açıq şəkildə ifadə edib.

KONKRET.az xəbər verir ki, Çin üçün bu strateji su yolunun sərbəst fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

“Çin üçün Hörmüz boğazının keçid haqqı olmadan və hərbi nəzarət tətbiq edilmədən açıq olması son dərəcə vacibdir və bu, görüş zamanı aydın şəkildə ortaya qoyuldu. Buna görə də biz bunu alqışlayırıq,” – deyə o, ABŞ mediasına açıqlama verib.

O, həmçinin Vaşinqtonun Pekinin İran məsələsində praqmatik davranacağına inandığını bildirib:

“Onlar bu regionda sülh görmək istəyirlər. Prezident Tramp da bu regionda sülhün tərəfdarıdır. Buna görə də onların İranın istənilən maddi dəstəyini məhdudlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəklərinə inanırıq,” – Qrir vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
konkret.az

2Mənbələr