AZ

BƏƏ Hörmüz boğazından yan keçəcək boru kəmərinin inşasını sürətləndirib

Bakı, 15 may, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından yan keçməyi hədəfləyən “Qərb-Şərq boru kəməri” layihəsini sürətləndirir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2027-ci ildə tamamlanması nəzərdə tutulan layihənin həyata keçirilməsi daha erkən tarixə çəkilib.

Boru kəmərinin istifadəyə verilməsi ilə Fuceyra limanı vasitəsilə ixrac gücünü gündəlik 3 milyon barelə çatdırılması hədəflənir.

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) yeni boru kəmərini əsas ixrac marşrutu kimi saxlayaraq davamlı logistika “elastikliyinə” nail olmağı nəzərdə tutur. ADNOC hazırda gündəlik tutumu 1,5 milyon barel olan Həbshan-Fuceyra boru kəmərini istifadə edir.

Qeyd edək ki, mayın əvvəlindən etibarən OPEC və OPEC+ qrupundan ayrılan BƏƏ 2027-ci ilə qədər gündəlik 5 milyon barel neft istehsalı gücünə çatmağı planlaşdırır.

Seçilən
29
3
azertag.az

4Mənbələr