AZ

Məşhur aktyordan nümunəvi addım: yad adama böyrəyini verdi

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hollivud aktyoru Cessi Eyzenberq tanımadığı bir insana böyrəyini bağışladığını və əməliyyatdan sonra heç bir peşmanlıq yaşamadığını açıqlayıb.

Ölkə.az xəbər verir ki, 42 yaşlı aktyor təəssüratlarını “Checkup with Doctor Mike” podkastında bölüşüb.

Eyzenberq orqan donorluğunun niyə daha geniş yayılmadığını anlamadığını deyib: “Böyrək donorluğu haqqında eşidəndə ilk düşündüyüm şey bu oldu: niyə xəstəxanaların qarşısında donor olmaq istəyən insanların növbəsi yoxdur?”

Aktyorun sözlərinə görə, əməliyyatdan sonrakı bərpa prosesi çox rahat keçib. O bildirib ki, palatadakı digər xəstələrdən fərqli olaraq özünü olduqca yaxşı hiss edib.

“Üç gün ərzində xəstəxanada mənimlə kral kimi davranırdılar. Sanki xoşbəxt kiçik bir gəzintiyə çıxırdım”, - deyə aktyor zarafatla əlavə edib.

Eyzenberq bildirib ki, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb və bədənində yalnız kiçik çapıqlar qalıb. O, hətta zarafatla deyib ki, əgər yeni böyrəklər yenidən əmələ gəlsəydi, hər gün birini bağışlayardı.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
olke.az

2Mənbələr