AZ

HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi

(®) 8 may tarixində 28 Mall ticarət mərkəzində yerləşən HONOR brend mağazasında yeni HONOR 600 Seriyasının rəsmi təqdimatı baş tutub.

Tədbir həm texnologiya həvəskarlarını, həm də mall ziyarətçilərini bir araya gətirərək qonaqlara yeni məhsullarla yaxından tanış olmaq və əyləncəli atmosferdə vaxt keçirmək imkanı yaradıb.

Təqdimat zamanı iştirakçılar HONOR 600 Seriyasının əsas üstünlükləri, süni intellekt (AI) imkanları, yenilənmiş kamera sistemi, yüksək performansı və premium dizaynı barədə ətraflı məlumat əldə ediblər. Qonaqlar yeni smartfonları xüsusi demo zonalarında canlı şəkildə test etmək, kamera funksiyalarını yoxlamaq və AI xüsusiyyətlərini təcrübədən keçirmək imkanı qazanıblar.

Bundan əlavə, tədbir çərçivəsində əyləncəli şou proqramı, interaktiv oyunlar və müxtəlif hədiyyəli müsabiqələr təşkil olunub. Mall ziyarətçiləri həm maraqlı oyunlarda iştirak edib hədiyyələr qazanıb, həm də xüsusi hazırlanmış foto zonalarda yaddaqalan şəkillər çəkdirərək tədbirin atmosferini sosial şəbəkələrdə paylaşmaq imkanı əldə ediblər. Tədbirin əsas hədiyyələri isə yeni HONOR 600 smartfonları olub.

Yeni seriyanın təqdimatı münasibətilə HONOR brend mağazalarında xüsusi ön satış kampaniyası da həyata keçirilib. İstifadəçilər smartfonları rəsmi satış başlanğıcından bir həftə əvvəl əldə etmək imkanı qazanıblar. Kampaniya çərçivəsində alıcılara xüsusi hədiyyələr — HONOR brend çantası və ağıllı saatlar təqdim olunub.

Xüsusi kampaniya 31 may tarixinədək HONOR-un 28 Mall və Əcəmi filiallarında yerləşən rəsmi brend mağazalarında davam edir. HONOR 600 modelini əldə edən müştərilərə HONOR CHOICE Watch 2i və HONOR brend çantası, HONOR 600 Pro modelini alanlara isə HONOR CHOICE Watch 2 Pro və HONOR brend çantası hədiyyə edilir.

Bundan əlavə, smartfonları hissəli ödənişlə əldə etmək istəyən istifadəçilər üçün xüsusi imkan da təqdim olunur — cihazların endirimli qiymətini 12 ay ərzində faizsiz, ilkin ödənişsiz və komissiyasız hissələrlə ödəmək mümkündür.

Qeyd edək ki, bu xüsusi kampaniya, hədiyyəli təkliflər və hissəli ödəniş şərtləri yalnız HONOR-un rəsmi brend mağazalarında keçərlidir.

Ünvanlar:
HONOR 28 Mall — Azadlıq prospekti 4, 1-ci mərtəbə, 28 Mall
HONOR Əcəmi — Hüseynbala Əliyev 1-9, M. Əcəmi metrosunun yaxınlığı

İnstagram: @honoraz

HONOR 600 seriyası Azərbaycan təqdimatıHONOR 600 smartfon təqdimatı BakıHONOR 600 və HONOR 600 Pro xüsusiyyətləriHONOR 600 süni intellekt funksiyalarıHONOR 600 kamera sistemiHONOR 600 yüksək performans smartfonHONOR 600 premium dizaynHONOR 600 təqdimat tədbiri 28 MallHONOR brend mağazası 28 MallHONOR smartfon demo zonasıHONOR 600 ön satış kampaniyasıHONOR 600 kampaniya AzərbaycanHONOR CHOICE Watch 2i hədiyyəHONOR CHOICE Watch 2 Pro hədiyyəHONOR smartfon hissəli ödənişHONOR 12 ay faizsiz kreditHONOR 600 qiymət və kampaniyaHONOR Əcəmi brend mağazasıHONOR Azərbaycan rəsmi mağazalarHONOR smartfon kampaniyası 31 may
Seçilən
2
8
marja.az

9Mənbələr