Prezident Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir. 1news.az xəbər verir ki, dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı. Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdirdilər. 