AZ

“Haber Global“ Azərbaycan və Türkiyə liderlərinin Qazaxıstan səfərindən süjet yayımladı VİDEO

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu gün Qazaxıstanın Türküstan şəhərinə gediblər.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında yayımlanan reportajda bildirilib.

Qeyd olunub ki, toplantı süni intellekt və rəqəmsal inkişaf mövzusuna həsr olunub.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə liderlərinin bir sıra mühüm görüşlər keçirməsinin nəzərdə tutulduğu vurğulanır.

Süjetdə qeyd olunub ki, təşkilatın yaranmasında Azərbaycanın böyük rolu danılmazdır.

İlk tədbirin Şuşada baş tutması da xüsusi qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
moderator.az

2Mənbələr