AZ

​“Fənərbaxça”nın ulduzu dünya çempionatında oynayacaq

Futbol üzrə Fransa yığma komandası gələn ay start götürəcək XXIII Dünya Çempionatı üçün 26 nəfərlik heyətini açıqlayıb. Sihıda ən çox diqqət çəkən isim Türkiyənin “Fənərbaxça” klubunun ulduzu N’Golo Kantenin adının olmasıdır.
Metbuat.az xaricə mediaya istinadla xəbər verir ki, qaradərili futbolçu yenidən milli komandaya çağırılıb. Bu qərar futbol ictimaiyyətində maraqla qarşılanıb. Kantenin milli komandaya dönüşü uzun müddətdir müzakirə olunurdu. Bu qərar Fransa millisinin orta xəttini gücləndirmə planının bir hissəsi kimi qiymətləndirilir.

Fransa yığmasının heyətində Kante ilə yanaşı Mbappe, Dembele, Griezmann və digər ulduzlar da yer alıb. Komanda qrup mərhələsində Senegal, İraq və Norveçlə mübarizə aparacaq.

Seçilən
44
10
metbuat.az

10Mənbələr