“Real” baş məşqçi postuna Joze Mourinyonu gətirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu portuqaliyalı mütəxəssisin keçidi üçün “Benfika” ilə razılığa gəlib. Bildirilir ki, “kral klubu” bu transferə görə təxminən 7 milyon avro təzminat ödəyəcək.
Mourinyo 2010–2013-cü illərdə də “Real”ı çalışdırıb və həmin dövrdə La Liqa, Kral kuboku və İspaniya superkubokunu qazanıb.