AZ

Vaşinqton Tayvanla bağlı əvvəlki mövqeyini dəyişməyib

ain.az, Ayna saytına istinadən bildirir.

"Bu siyasət kifayət qədər ardıcıl olub və bu gün də dəyişməz olaraq qalır"

ABŞ Prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra Vaşinqton Tayvanla bağlı mövqeyini dəyişməyib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “NBC News”a müsahibəsində deyib.

Rubio əlavə edib ki, "bu siyasət kifayət qədər ardıcıl olub və bu gün də dəyişməz olaraq qalır".

O Pekinin danışıqlar zamanı məsələni qaldırdığını, lakin bunun "diqqət çəkən" şəkildə yer almadığını söyləyib.

Rubio həmçinin Tayvanın Çin tərəfindən üzləşdiyi artan hərbi təzyiqi tənqid edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
ayna.az

1Mənbələr