
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Türküstan şəhərində özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşüb.
Missiya.Az xəbər verir ki, görüş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı çərçivəsində baş tutub.
Bildirilib ki, bağlı qapılar arxasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də toplantıda iştirak etmək üçün bu gün Qazaxıstana səfər edib.
Daşqın HəsənovMissiya.Az