Azərbaycan hökuməti 2027-ci ildə neft-qaz sektoru üzrə ümumi daxili məhsulda (ÜDM) azalmanın dayanacağını, 2026-cı illə müqayisədə sektorda istehsalın sabit qalacağını proqnzlaşdırır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.
Bu il isə hökumət neft-qaz sektorunda 3,3 % iqtisadi azalma gözləyir.
"2026 və 2027-ci illər üzrə qeyri-neftqaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq", - deyə icmalda qeyd olunub.
© "Report"