AZ

Bakıda şagirdlərin döyülməsi ilə bağlı məktəbdən açıqlama - Yenilənib - Video

Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib...

Poliqon xəbər verir ki, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.

Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.

Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub.  Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib. 

Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

***

Bakıda məktəbdə şagirdin digər məktəbliləri döyməsi ilə bağlı görüntülər yayılıb.

Poliqon xəbər verir ki, hadisə 271 saylı məktəbdə baş verib.

Yayılan kadrlarda Natiq adlı şagird digər məktəblilərə fiziki təzyiq göstərir. Məlumata görə, o, gün ərzində də digər şagirdləri ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyur. Həmin görüntüləri də lentə alaraq sosial şəbəkə hesabında paylaşır.

Görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub və valideynlər arasında narahatlıq yaradıb.

Baş verən hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdərəsinə sorğu göndərilib. (Milli.az)

Poliqon.info

 

Seçilən
1
13
poliqon.info

10Mənbələr