AZ

“Bu real alıcılıq qabiliyyətinin müsbət zonada qalmasına şərait yaradıb” İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumat verir.

“Bu il əmək pensiyalarının ənənəvi olaraq indeksləşdirilməsi əməliyyatından savayı heç bir sosial istiqamətdə artım həyata keçirilməyib, keçirilməsi də nəzərdə tutulmur. Yəni, neftin bahalaşması faktoruna görə ölkəmizdə maaş və pensiyaların artırılacağı planlaşdırılmır, ona görə ki, real dönəmdə bu, çox ciddi səhv olardı. Bununla belə, ilin əvvəlindən əhalinin gəlirlərinin artım tempi inflyasiya ilə müqayisədə üstün təşkil edib və edir”. 

Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov bildirib. İqtisadçının söylədiyinə görə, əhalinin ümumi alıcılıq qabiliyyəti (real gəlirləri) 1.3 faiz artıq təşkil etmişdi:

“Cari ilin yanvar-aprel aylarında isə ölkədə əhalinin nominal gəlirləri 28 milyard 702.4 milyon manata bərabər olaraq ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% artıq təşkil edib ki, göstərilən dövrdə inflyasiya yuxarıda qeyd etdiyim kimi 5.6% təşkil etdiyindən əhalinin real gəlirləri demək bir az da çox - təxminən 3.2% yüksəlib. Başqa sözlə, ötən dörd ayın rəsmi iqtisadi göstəricilərinə əsasən, əhalinin gəlirlərinin artım sürəti inflyasiyanı qabaqlayıb və bu da real alıcılıq qabiliyyətinin müsbət zonada qalmasına şərait yaradıb”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr