AZ

Hökumə Əliyevanın qardaşına vəzifə verildi

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibliyə yeni vəzifə verilib.

Bakıvaxtı.az xəbər verir ki, o, DOST Agentliyinin Kəlbəcər DOST mərkəzində fəaliyyətə başlayıb.

Şəhidin qardaşı APA-ya müsahibəsində doğma yurdda çalışmanın və kəlbəcərlilərə xidmət etməyin onun üçün böyük şərəf və qürur mənbəyi olduğunu bildirib.

Qeyd edək ki, Kəlbəcərdə inşa olunan yeni yaşayış məhəllələri keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlara qayıdışını təmin edir. Müasir standartlara uyğun qurulan məhəllələrdə artıq bir sıra ailələr məskunlaşıb və yeni həyatlarına başlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr