AZ

Yol boyu telefona aludə olan sürücü yük maşınını necə gəldi sürdü VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 14-də saat 08:54 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 77-JZ-801 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü sükan arxasında mobil telefondan istifadə edib.

Nəticədə diqqəti yoldan yayınan sürücü zolaqda düzgün yerləşmədən və hərəkətini ləngidərək hərəkət edib. Daha sonra anidən sola manevr edərək görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Hadisə zamanı xanım sürücü əvvəlcə siqnal verib, daha sonra ona iradını bildirib. Lakin qayda pozan sürücü davranışını davam etdirib.

Xatırladaq ki, qanunvericiliyə əsasən, avtomobil idarə edərkən mobil telefondan istifadə yalnız xüsusi texniki vasitələrlə (hands-free) mümkündür. Bu tələblərin pozulması yol-nəqliyyat hadisələrinin yaranma riskini artırır və hərəkət təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
avtosfer.az

1Mənbələr