AZ

Britaniyanın ən varlı idman adamlarının siyahısı açıqlanıb

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərə millisinin keçmiş kapitanı, hazırda iş adamı və MLS təmsilçisi "İnter Mayami"nin həmtəsisçisi olan Devid Bekhem və həyat yoldaşı Viktoriyanın sərvəti bir milyard funt sterlinqə çatıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sunday Times Rich List" məlumat yayıb.

Cütlük Britaniyanın ən varlı idman fiqurları arasında ikinci yerdədir.

Futbolçu karyerasını bitirdikdən sonra Bekhem böyük bir biznes imperiyası qurub. Onun sərvəti sponsorluq müqavilələri və "İnter Mayami"dəki payı sayəsində artıb.

Böyük Britaniyadakı ən varlı 10 idman adamı: 

1. Berni Ekklstoun (keçmiş Formula 1 rəhbəri) — 2 milyard funt sterlinq2. Devid və Viktoriya Bekhem (futbol) — 1,185 milyard funt sterlinq3. Barri və Eddi Hern (promouterlər) — 1,035 milyard funt sterlinq4. Ben Fransis (Gymshark-ın həmtəsisçisi) — 800 milyon funt sterlinq5. Lyuis Hamilton (Formula 1) — 435 milyon funt sterlinq6. Tom və Fil Bihon (Castore-un təsisçiləri) — 350 milyon funt sterlinq7. Rori Makilroy (qolf) — 325 milyon funt sterlinq8. Entoni Coşua (boks) — 240 milyon funt sterlinq9. Tayson Fyuri (boks) — 162 milyon funt sterlinq10-11. Harri Keyn (futbol) — 110 milyon funt sterlinq10-11 Endi Murrey (tennis) — 110 milyon funt sterlinq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
sport24.az

1Mənbələr